О нас

Политика конфиденциальности

Məxfilik siyasəti

1. Giriş

Bu Məxfilik siyasəti istifadəçilər (bundan sonra-istifadəçi və ya siz) tərəfindən “dtx.gov.az” (bundan sonra portal və ya veb-sayt) ziyarət olunan, təklif olunmuş xidmətlərdən istifadə edilən və ya bizimlə əlaqə saxlanılan zaman əldə edilmiş məlumatların (fərdi və texniki) toplanması, istifadəsi, qorunması, açıqlanması və verilməsi qaydalarını müəyyənləşdirir. Fərdi məlumatlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən səlahiyyət və vəzifələrinin icra olunması üçün “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq toplanılır, işlənilir və mühafizə olunur.


2. Toplanılan məlumatlar

Toplanan məlumatların məcmusu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən veb-saytdan istifadənizin təmin edilməsi üçün tələb edilən və toplanan məlumatlardır, qeyd olunanlarla məhdudlaşdırılmamaqla bu məlumatların dairəsi aşağıdakı kimi müəyyən olunur:

2.1. Şəxsi məlumatlar:

- elektron xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz məlumatlar;

- Veb-saytın əlaqə vasitəsilə (mektub@dtx.gov.az) edilən müraciətlərdə (ərizə, təklif, şikayət və sorğu) qeyd edilən məlumatlar (əlaqə məlumatlarınız, o cümlədən telefon nömrəniz, e-poçt, poçt indeksi və ünvanınız);

- Veb-saytın “məktub yaz” bölməsi vasitəsilə təqdim edilən məlumatlar.

2.2. Texniki məlumatlar (Veb-saytımızı ziyarət etdiyinizdə avtomatik olaraq topladığımız texniki məlumatlar):

- Lokasiya məlumatınız;

- IP ünvanınız;

- Şəbəkə interfeysləri, cihazınızın növü və modeli, cihazınızdan alınan digər texniki məlumatlar;

- İstifadə məlumatları (məsələn, baxılan səhifələr, saytda keçirdiyiniz vaxt və s.).


3. Toplanılan məlumatların istifadəsi

Şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:

- Veb-saytdan istifadənizə kömək etmək və funksionallıqlardan istifadənizi asanlaşdırmaq üçün;

- İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı sorğu, rəy və ya şikayətlərə geri dönüşü təmin etmək üçün;

- Müraciətinizin statusu ilə bağlı sizinlə əlaqə saxlamaq üçün;

- Veb-saytın təkmilləşdirilməsi çərçivəsində istifadəçi davranışını, meyilləri və üstünlüklərini anlamaq məqsədilə veb-saytdan istifadənizi izləmək və bu barədə anonimləşdirilmiş statistik məlumatlar hazırlamaq;

- Hüquqi və tənzimləyici tələblərə riayət etmək.


4. Toplanmış məlumatların paylaşılması, ötürülməsi və ya açıqlanması

İstifadəçi olaraq təqdim etdiyiniz və yuxarıda qeyd olunan əsaslarla toplanmış məlumatlar qanunla qadağan edilmədiyi halda, DTX tərəfindən aşağıda qeyd olunan üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:

- Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və qanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;

- Əməliyyat-axtarış fəaliyyətinin təmini, məhkəmə araşdırması, cinayət işinin araşdırılması,    o cümlədən də milli təhlükəsizliyin təmini məqsədilə.


5. Fərdi məlumatların mühafizəsi

Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fərdi məlumatlar toplandığı andan mühafizə olunur. Şəxsi məlumatlarınızı icazəsiz daxilolma, açıqlama, dəyişmə və məhv etmədən qorumaq üçün uyğun texniki və təşkilati tədbirlər tətbiq edirik.


6. Məlumatların saxlanması

Şəxsi məlumatlarınızı bu Məxfilik siyasətində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq lazım olan müddət ərzində saxlayırıq. Məlumatlarınızın istifadəsinə artıq zərurət olmadığı zaman təhlükəsiz şəkildə məhv edəcəyik.


7. İstifadəçi hüquqları

Veb-saytdan istifadə ilə bağlı aşağıdakı hüquqlarınız təmin olunur:

- Məlumatların düzəldilməsi və ya yenilənməsi;

- Barənizdə toplanılan və işlənilən fərdi məlumatların məhv edilməsi.

- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlatında nəzərdə tutulan digər hüquqlardan istifadə etmək. Bu hüquqlardan istifadə etmək üçün bizimlə mektub@dtx.gov.az və ya (+994 12) 405-99-99 vasitəsilə əlaqə saxlaya bilərsiniz.


8. Linklər

Portaldan digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələrə baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız “dtx.gov.az vasitəsilə toplanılan məlumatlara şamil olunur.


9. Bu Məxfilik siyasətində dəyişikliklər

Tətbiq etdiyimiz praktikadakı və ya qanuni tələblərdəki dəyişiklikləri əks etdirmək məqsədilə bu Məxfilik siyasətinə dəyişiklik edə və ya yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklikləri veb-saytda dərc edilməklə və qüvvəyə minmə tarixini göstərməklə sizi xəbərdar edəcəyik.


10. Əlavə məlumat

Bu Məxfilik siyasəti və ya DTX-nin fəaliyyəti ilə bağlı suallarınız varsa, aşağıdakı əlaqə vasitələrindən istifadə edərək bizə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Parlament prospekti 14.

E-poçt ünvanı: mektub@dtx.gov.az

Telefon nömrəsi: (+994 12) 405-99-99