Распоряжения Президента Азербайджанской Республики о присвоении высших воинских званий сотрудникам Службы государственной безопасности Азербайджанской Республики и награждении, группы работников Службы государственной безопасности Азербайджанской Республики.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2019-cu il.


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Xələfov Rauf Rafiq oğlu – general-mayor
Qulubəyov Mamay Maqsud oğlu – polkovnik
Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru
Musayev İlqar Əli oğlu – general-mayor
Muxtarov Rövşən Nadir oğlu – polkovnik
Nağıyev Sahib Novruz oğlu – general-mayor

“Vətən uğrunda” medalı ilə

Aşurov Mönsüm Yaqub oğlu – polkovnik
Bayramov Abbas Musa oğlu – polkovnik
Eynullayev Tağı Bahadur oğlu – polkovnik
Hüseynov Şahin Cəlal oğlu – polkovnik
Kazımov Füzuli Şahsuvar oğlu – mayor
Məmmədov İlqar İsmayıl oğlu – polkovnik
Rzayev Araz Sabir oğlu – polkovnik
Sultanov Samir Sultan oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Abbasov Asif Nuru oğlu – polkovnik
Cəfərzadə Samir Həşim oğlu – mayor
Əlifov Anar İsmayıl oğlu – kapitan
Əliyev İlham Nəriman oğlu – polkovnik
Kazımov Şahin Yunsur oğlu – polkovnik-leytenant
Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant
Məmmədov Rövşən Cahangir oğlu – polkovnik
Teymurov Elşad Elşən oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Polad Fərrux oğlu – polkovnik
Babayev Arif Vaqif oğlu – polkovnik
Bayramov Gəray Sabir oğlu – mayor
Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru
Həsənov Samir Tələt oğlu – polkovnik
Hüseynli Fərid Zamin oğlu – kapitan
Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant
Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant
Məmmədov Fuad Famil oğlu – mayor
Məmmədov Tural Bərşad oğlu – kapitan
Səfərov Ramazan Zakir oğlu – mayor
Vəliyev Heydər Vəli oğlu – mayor.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2019-cu il.


T.Ə.Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2019-cu il.