Akademiyada xarici dillər də tədris olunurmu?
Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.
Akademiyada hansı ixtisaslar üzrə qəbul həyata keçirilir?
Akademiyada kursantlara ali bakalavr təhsili verən "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə həyata keçirilir.