Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan “on approval of the list of types of special technical means intended for secret receipt of information in the process of search operations”

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

QƏRAR № 139-6

 

“15” avqust 2000 il. Bakı

  

“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli 

qaydada informasiya alınamsı üçün nəzərdə tutulmuş

xüsusi texniki vasitələrin növlərinin siyahısı”-nın

təsdiq edilməsi haqqında

  

Azərbaycan Respublikası Prezidentinin “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanın 1-ci bəndinin 7-ci abzasının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı” təsdiq edilsin.

  

Azərbaycan Respublikasının 

Baş naziri                                                                     A.Rasi-zadə

   



Azərbaycan Respublikasının Nazirlər

Kabinetinin 2000-ci il “15” avqust

tarixli 139-6 nömrəli qərarı ilə 

təsdiq edilmişdir

  

Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli

Qaydada informasiya alınması üçün nəzərdə 

tutulmuş xususi texniki vasitətlərin növlərinin 

SİYAHISI

 

1.     Akustik məlumatların gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr;

2.     Telefon danışıqlarına gizli qulaq asılması üçün xüsusi texniki vasitələr; 

3.     Texniki rabitə kanallarından informasiyanın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr;

4.     Poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr;

5.     Gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki (o cümlədən mexaniki) sızma kanallarını aşkar etmək üçün xüsusi texniki vasitələr; 

6.     Şüalanma mənbələrinə istiqaməti və onların yerini təyin edən xüsusi texniki vasitələr;

7.     Müxtəlif növ siqnalların texniki təhlil və təhqiqi üçün istifadə olunan xüsusi və digər texniki vasitələr;

8.     Gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapozonlu radioqəbuledici qurğular;

9.     Gizli vüzual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr; 

10.  Əşyaların və sənədlərin gizli tədqiqi (təhqiqi) üçün xüsusi texniki vasitələr; 

11.  Binalara (otaqlara), nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr;

12.  Müxtəlif tikinti konstruksiyalarında xüsusi məqsədli mikrafonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr;

13.  Nəqliyyat vasitələrinin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr;

14.  İnformasiyanın saxlanılması, işlənilməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması (dəyişdirilməsi və məhv edilməsi) üçün xüsusi texniki vasitələr;

15.  Şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiya) üçün xüsusi texniki vasitələr.