Məktub yaz
Rəsmi yazılı müraciət1918-1920
1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyənnaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sayırdı. Keçmiş çar ordusunun generalları Səməd bəy Mehmandarovun hərbi nazir, Əlağa Şıxlinskinin nazir müavini, Məmməd bəy Sulkeviçin Baş Qərargah ...
1920-1921
Sovet hökuməti istila etdiyi ərazilərdə əksinqilaba, sabotajçılığa qarşı mübarizə üzrə yerli Fövqəladə Komissiyalar (FK) təsis edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından dərhal sonra eyni proses ölkəmizdə də həyata keçirilməyə başladı və 1920-ci ilin aprel ayının 29-da Azərbaycan Fövqəladə Komissiyası (Azərbaycan FK) yaradıldı. Kadr və texniki çatışmazlıqlar səbəbindən həmin qurum əvvəllər XI Qırmızı Ordunun Xüsusi şöbəsi ilə birlikdə fəaliyyət göstərdiyindən Semyon Andreyeviç Pankratov XI Ordunun xüsusi şöbəsi ilə yanaşı Azərbaycan FK-ya da rəhbərlik edirdi. Moskvanın səlahiyyətli nümayəndəsi kimi onun respublikada hər bir işə müdaxilə etmək və hətta sorğu-sualsız ölüm hök ...
1922-1934
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 6 fevral tarixli qətnaməsinə əsasən FK və onun bəzi yerli orqanları ləğv edilərək həmin qurumun bazasında Dövlət Siyasi İdarəsi (DSİ) yaradıldı. Azərbaycanda isə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1926-cı il 7 avqust tarixli iclasında “Azərbaycan FK-nın DSİ-yə dəyişdirilməsi haqqında” qərar qəbul edildi.DSİ-nin əsas vəzifəsi bolşevik hökumətinin həyata keçirdiyi kollektivləşmə siyasətinin uğurla başa çatmasına nail olmaq idi. Lakin 1928-29-cu illərdə kollektivləşmə siyasətinə qarşı milli qüvvələrin müqaviməti daha da gücləndi. SSRİ MİK və XKS ölkədəki vəziyyəti təhlil edərək hüquq mühafizə orqanlarındakı çatışma ...
1934-1945
SSRİ MİK-in 1934-cü il 10 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) müstəqil orqan kimi ləğv edildi. Onun bazasında Baş Dövlət Təhlükəsizliyi İdarəsi (BDTİ) yaradıldı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) tərkibinə daxil edildi. Dövlət təhlükəsizlik orqanlarının yenidən təşkili əməliyyat şəraitinin ciddi şəkildə dəyişməsindən və xarici təhdidlərdən irəli gəlirdi.1935-1938-ci illərdə Hitler Almaniyasının SSRİ-yə hücum təhlükəsi artdığından SSRİ və Azərbaycan SSR xüsusi xidmət orqanlarının qarşısında təxirəsalınmaz vəzifələr dururdu. Bakı nefti və ümumilikdə Azərbaycan SSRİ-nin zəiflədilməsi, eləcə də Şərqdə istilaçılıq siyasəti baxımından Hitlerin xüsusi maraq ...
1945-1959
Müharibə qurtardıqdan sonra, dövlət təhlükəsizlik orqanlarının yenidən təşkilatlanması çərçivəsində, hərb şəraiti üçün yaradılmış aparatlar ləğv olundu. Bunun nəticəsində sovet dövlət təhlükəsizlik orqanlarının strukturu xeyli sadələşdirildi. Sov.İKP MK plenumunun, SSRİ Nazirlər Sovetinin və SSRİ Ali Sovetinin 1953-cü il 7 mart tarixli birgə qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi və SSRİ Daxili İşlər Nazirliyi bir orqanda – SSRİ Daxili İşlər Nazirliyində birləşdirildi.Lakin bir müddət sonra, 1954-cü il 13 mart tarixli fərmanla SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaradıldı. Onun tərkibinə 1953-cü ilin martınadək mövcud olan keçmiş Dövlət Təhlükəsizliy ...
1959-1991
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Ümummilli lider Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı oldu. DTK-da ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi. Heydər Əliyevin DTK-dakı fəaliyyətinin istiqamətlərindən biri də ermənilərin və ermənipərəst qüvvələrin separatçı fəaliyyətinə qarşı yönəlmişdi. Belə ki, 1960-70-ci illərdə xarici xüsusi xidmət orqanları və onların ideoloji mərkəzləri SSRİ-dəki millətlərarası mün ...
1991-2020
1991-ci ildə müstəqilliyini bərpa etdikdən və ölkəmizin suverenliyi dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındıqdan sonra Azərbaycan Respublikasına qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər daha da gücləndi. Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ölkədəki ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya dövlət idarəçiliyini iflic vəziyyətinə saldı. Hakimiyyət təmsilçilərindən olan bəzi şəxslərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta in ...