Hörmətli istifadəçilər!
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi Dövlət Təhlükəsizliyi Xidməti haqqında məlumatları, eləcə də digər faydalı informasiyaları almağa əlverişli şərait yaratmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması üçün də bir vasitədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin
məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə
yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN ELEKTRON ÜNVANINA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinin
elektron ünvanına göndərilmiş vətəndaşların müraciətləri daxil olan kimi “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il
tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin
23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə
orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında
vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun
olaraq qeydiyyata alınır və baxılır.
Müraciətdə fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı, müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı göstərilir. Bu tələblərə cavab vermədikdə müraciət anonim sayılır. Anonim müraciətlər qəbul edilmir və onlara baxılmır.
Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.