“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib

rehberlik
Tədbirlər 02 Noyabr 2019

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.

“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.

Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb.

Sonda sənədli film nümayiş etdirilib.

Digər xəbərlər