Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib

rehberlik
Tədbirlər 25 Sentyabr 2020

07:00

Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib.

Dövlətimizin başçısının demişdir:

"Mən BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi bizi məmnun etdi. Sizi əmin etmək istəyirəm ki, bu məsuliyyətli və şərəfli işinizdə Azərbaycan sizi dəstəkləməkdən ötrü səylərini əsirgəməyəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır".

ətraflı: prezident.az

Digər xəbərlər