15:15
DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal
altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan
Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım
Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.
Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan
Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır!
Zəfər Azərbaycanındır!