Prezident İlham Əliyev: "Gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir"

rehberlik
Tədbirlər 14 Noyabr 2019

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.
- Zati-müqəddəsləri Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill.
- Hörmətli din xadimləri, qonaqlar, xanımlar və cənablar.

Mən bütün qonaqları səmimiyyətlə salamlayıram. Dünya dini liderlərinin ikinci Zirvə görüşündə iştirak edən bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.
Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.
Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Prezident.az 


Digər xəbərlər