09:25
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunmuşlar.
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində
ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan
Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb
olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq
tədbirləri həyata keçirilir.
Əldə
olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında
davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak
edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə
saxlanıldıqları təsbit edilmişdir.
Aparılmış
araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev
Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il
təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və
Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak
etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında
saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bir
daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak
etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da
xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət
məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.