09:15
Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilmişlər.
Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri
zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər
əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü,
“Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü
“Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik
zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə
hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır.
Adıçəkilən
şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri
ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında
xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün
silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə
yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılmışlar.
Faktla
bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən
istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri
ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilmişdir.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.