14:40
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarını qurban
vermiş şəhidlərimizin əziz
xatirəsini dərin hüznlə anmışlar.
Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyulmuş,
Şəhidlər
xiyabanında dəfn edilmiş Azərbaycan
təhlükəsizlik
orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.