17:55
Şuşada külli miqdarda silah-sursat aşkarlanmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili
İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində
qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc
yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun
Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək
götürülmüşdür.
Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.