17:55
DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunmuşdur.
Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin
“Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş
keçirilmişdir. Görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış
şəraitlə yaxından tanış edilmişlər.
Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir
keçirilmişdir. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi
uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmiş, ardınca Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər dövlətimizin başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi,
yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən
müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açmışlar. Haqq savaşında
əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan
çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin
sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər
bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını
bildirmişlər.
Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda
konsert proqramı ilə davam etdirilmişdir.