Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

rehberlik
Tədbirlər 20 Yanvar 2025

12:35

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da  ziyarət olunmuşdur.