12:10
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilmişdir.
Müəyyənləşdirilmişdir ki, xarici ölkə vətəndaşının
da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının
hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək
cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün
Fəxrəddin Şahmurova təqdim edilmişdir.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər
üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və
iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının
dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar
birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və
digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz
əməllərinin qarşısı alınmışdır.
Fəxrəddin
Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil
dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə
hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar
məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət
Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək
həbs olunmuş, həmçinin digər şəxslər istintaqa cəlb edilmişlər.
Hazırda cinayət işi üzrə kompleks araşdırmalar
davam etdirilir.