18:00
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etmişlər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı
tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ
silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə
ənənəvi yürüş təşkil olunmuşdur.
Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində
qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin
olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxmış, Ümummilli Liderin barelyefi önündə dahi
şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaltmış, DTX-nin adı və emblemi əks olunan
plakatı yerləşdirmişlər.