13:25
DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etmişlər
Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı
soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai
rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət
etmişlər.
Abidənin önünə gül dəstələri düzülmüş, faciə zamanı
həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.