20:00
DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilmişdir
27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə
Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq
qorxunc bəladır” adlı tamaşa səhnələşdirmişdir.
DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı
soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük
marağına səbəb olmuşdur.