09:25
Xocavənddə törədilən terror aktı ilə bağlı cinayət
işi başlanılmışdır
19
sentyabr 2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa
yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin
ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılmışdır.
İlkin
araşdırmalar zamanı, həmin tarixdə saat 03:45 radələrində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman
Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd
rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti
yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya
qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya
düşərək
partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər
02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü
Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.
Faktla
bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş
idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2,
214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən
və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7,
120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli
üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə
iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar
qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər
maddələri ilə cinayət işi başlanılmışdır.
Cinayət
işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə
ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.