11:45
Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində olmuşlar
Avqustun 26-da Dövlət
Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları
ilə növbəti görüş təşkil edilmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmiş və tədbir çıxışlarla davam etdirilmişdir. Çıxış edənlər şanlı salnaməmiz
olan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi altında qəhrəman hərbçilərimizin tarixi qələbə qazandıqlarını və bu
zəfərlə Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdıqlarını vurğulamış, şəhid
ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətimiz tərəfindən hərtərəfli
diqqət və qayğı ilə əhatə olunmalarından ətraflı bəhs etmişlər. Bildirilmişdir
ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq
işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması
prosesinin surətlə və fəal şəkildə həyata keçirilməsi ölkəmizdə uğurla aparılan
qətiyyətli siyasi xəttin sayəsində mümkün olur.
Çıxışlar
bitdikdən sonra tədbir iştirakçıları vətənpərvərlik mövzusunda konsert
proqramına tamaşa etmişlər.