10:20
Casusluq edən xarici ölkə vətəndaşı həbs edilmişdir
Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət
işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il
təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası
ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi
Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət
sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq
istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o
cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi
məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici
ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi
istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur.
Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş
və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə araşdırmalar davam edir.