13:40
İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə
istinad olunmayan məlumatlar yayımlanır
Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror
aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş
və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın
aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb
olur.
İranda baş vermiş hadisə ilə əlaqədar dövlət
orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi
barədə media qurumlarına xəbərdarlıq olunur.