11:15
DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar
20
Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin
rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin
ehtiramla yad etmiş, məzarlarına qərənfillər düzmüşlər.
Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyulmuşdur.
Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.