17:25
Sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır
Son
vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq
Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar
Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə
üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq
istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi
barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanmışdır.
Bildiririk ki, son günlər Azərbaycana qarşı məqsədyönlü
şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər
görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi
cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və
vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi
ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar
Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.