13:00
Ermənistan hərbçilərinə
aid daha 95 meyit qarşı tərəfə təhvil verilmişdir
Ermənistan
silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan
sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum
əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına
aid meyitlərin axtarışı həyata keçirilmişdir.
Azərbaycan
Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini
bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin
meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış
keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən
edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə
təhvil vermişdir.
Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə
təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəkdir.