21:20
32 erməni hərbçisinin
meyiti qarşı tərəfə təhvil verilmişdir
Məlum
olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir.
Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda
itki vermişdir.
Həmçinin
bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə
aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan
Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış
keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən
edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.
Hazırda Ermənistan
hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da
təhvil veriləcəkdir.