17:33
Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olmuşdur
Mənzil
İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin
ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il
tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya
sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdir.
Qeyd
olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi
prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının
vaxtı təxirə salınmışdır.
Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin
araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login”
sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan
istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilmişdir.
Faktla
bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai
əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter
sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət
işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.
Hazırda
aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit
edilərək bloklanmışdır.
Güzəştli şərtlərlə
mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcəkdir.