17:45
“TikTok”
sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır
Məlum olduğu kimi, cari ilin
12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin
Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı
silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda
həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun
uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış
fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə
əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti
məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında
vəsatət qaldırılmışdır.
Dövlət
Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə
uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə
məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad
etməyə çağırır.