22:00
5 erməni hərbçisi qarşı tərəfə təhvil verilmişdir
Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il
tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində
əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd
olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət
sərhədində qarşı tərəfə təhvil vermişdir:
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il
təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü,
Ermənistan Respublikasının vətəndaşı;
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü,
Ermənistan Respublikasının vətəndaşı;
- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü,
Ermənistan Respublikasının vətəndaşı;
- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü,
Ermənistan Respublikasının vətəndaşı.