17:45
5 nəfər erməni hərbçi qarşı tərəfə
qaytarılmışdır
Azərbaycan
Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə
Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan
tərəfinə təhvil vermişdir.
Həmin
şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən
dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən
saxlanılan erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı,
müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü
Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani,
08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü
Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.
Bildiririk ki, 2021-ci ilin 26 noyabr, 4 və 19
dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi
qulluqçunu qaytarmışdır.