11:40
Möhtərəm cənab Prezident!
Zati-aliləri!
Sizi həyatınızın
əlamətdar günü - 60 illik yubileyiniz
münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımızı çatdırırıq!
Azərbaycan
xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin möhkəm və sarsılmaz təməllər
üzərində qurub yaratdığı, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində
beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibinə, Cənubi Qafqazın lider ölkəsinə
çevrilmiş Azərbaycan durmadan inkişaf edir və qüdrətlənir. Respublikamızda
bütün sahələrdə qazanılan misli görünməmiş nailiyyətlər, ardıcıl uğurlar və əldə
edilən şanlı qələbələr Sizin alternativi olmayan qətiyyətli strategiyanızın,
dövlətimizin davamlı tərəqqisi naminə yorulmaz fəaliyyətinizin və gərgin əməyinizin
sayəsində mümkün olmuşdur.
Müvəffəqiyyətlə
yürütdüyünüz siyasi kurs, tutduğunuz prinsipial və cəsarətli mövqe Azərbaycanı
dünyada etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü dövlət, təhlükəsizlik və
sabitlik məkanı kimi tanıtmışdır. Sizin rəhbərliyiniz ilə 44 günlük Vətən
müharibəsində düşmən üzərində qazanılmış tarixi qələbə Azərbaycan xalqının
qürurunu özünə qaytardı və adınızı xalqımızın tarixinə qızıl hərflərlə
yazdırdı.
Daim
xalqının qayğıları ilə yaşayan ölkə başçısı kimi həyata keçirdiyiniz sosialyönümlü
islahatlar, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atdığınız
inamlı addımlar Sizə olan tükənməz ümumxalq sevgisini daha da alovlandırır.
Yüksək sərkərdəlik bacarığınız ilə işğaldan azad olunmuş ərazilərdə aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirdiyiniz layihələr
hər bir vətəndaşda sonsuz qürur və iftixar hissi oyadır.
Cənab Ali Baş Komandan!
Zati-aliləri!
Sizi
yubileyiniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik
edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik
və səadət, doğma Vətənin işıqlı sabahları naminə misilsiz fəaliyyətinizdə
yeni-yeni zəfərlər diləyirik.
Allah
Sizi və ailənizi qorusun!
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası
Dövlət
Təhlükəsizliyi Xidmətinin
şəxsi
heyəti
24 dekabr 2021-ci il