13:15
DTX-nin əməkdaşları Ulu Öndərin xatirəsini anmışlar
Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər
Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin şəxsi heyəti Fəxri xiyabanı
ziyarət edərək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət
Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil
qoymuşlar.
Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri
düzülmüşdür.