18:30
10 erməni əsilli şəxs qarşı tərəfə təhvil verilmişdir
Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr
2021-ci il tarixində 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə
təhvil vermişdir.
Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı
qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən
təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə
sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il
tarixində erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistan
tərəfinə təhvil verilməsini təmin etmişdir.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan
Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan
tərəfinə təqdim etmişdir.
Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik
missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü
bildiririk.