16:20
Həqiqətəuyğun olmayan məlumatlar yayan şəxslər məsuliyyətə
cəlb olunacaqlar
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət
sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya
vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali
arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar
yayımlanmaqdadır.
Diqqətə
çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına
xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyətə səbəb
olur.
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər
vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən,
rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa
çağırırıq.