15:30
Ermənistan morqlarında saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan hərbçilərinə aid meyit yoxdur
İyunun 2-də
Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin
Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun
olmayan fikirlər səsləndirilib.
Bununla
bağlı bildiririk ki, Ermənistan Səhiyyə Nazirliyinin tabeliyində olan morqlarda
saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı
Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan
hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik
ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus
olması müəyyən edilmişdir.
Hazırda Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq
doğmalarına təhvil verilməsi istiqamətində
Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi
Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin
peşəkar əməkdaşlarından ibarət axtarış
qrupları tərəfindən intensiv iş aparılır.