16:00
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etmişlər
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri
xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm
dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu
Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.