09:00
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Böyük və mənalı
ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər
Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi,
yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun
yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa,
dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən
qaynaqlanır.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik
orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə
davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin
etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır.