09:00
DTX əməkdaşları
“Heydər zirvəsi”nə yürüş təşkil etmişlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci
ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu
Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl
Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər
zirvəsi”nə növbəti yürüş təşkil etmişdir.
Yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının
Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınmış, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün
maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə
tutulan vaxtda “Heydər zirvəsi”nə çıxmışlar. Ümummilli Liderin barelyefi önündə
onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaltmış, Dövlət Təhlükəsizliyi Xidmətinin
adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirmişdir.