14:10
Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və
dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir
Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır.
Dövlət
Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib
edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik
xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar
verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin
etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı
nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar
veriləcəkdir.
Bir
daha ölkəmizin kütləvi informasiya vasitələrini və sosial medianı ümumdövlət mənafelərinə
ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə
ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən
əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların
yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına
istinad olunmasını xahiş edirik.