12:00
Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi
anılıb
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar
Dövlət Təhlükəsizliyi Xidmətinin kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını
qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş,
şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik
orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri
qoyulmuşdur.