Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

rehberlik
Rəsmi məlumatlar 09 Dekabr 2020

17:40

DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürmüşlər

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürmüşlər.