12:00
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər
xiyabanında olublar.
Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.
- Əziz həmvətənlər,
əziz bacılar və qardaşlar!
Böyük fəxarət
və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa
bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik
edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.