16:20
1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətə uyğun deyil
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası bildirir ki, sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən
Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan
hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə
tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil.
Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə
bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına
istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir.