17:05
Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağandır
Cəbhə xəttində
intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki
pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali
arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə
maneə törədir.
“Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli
Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı
olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə
istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.
Bununla əlaqədar,
ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar
vasitəsilə məlumat vermələri xahiş olunur.