Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər (çıxarış):

“Zəfər” ordeni ilə

Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik

Quliyev Elçin İsağa oğlu – general-polkovnik

Nağıyev Əli Nağı oğlu – general-polkovnik

Sultanov Orxan Sedyar oğlu – general-polkovnik


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2020-ci il.


ətraflı siyahı: president.az