Avropa Şurası çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr

1. «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasının təsdiq edilməsi barədə 5 dekabr 2003-cü il tarixli 530-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

2. «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə» Protokolun təsdiq edilməsi haqqında 22 fevral 2008-ci il tarixli 550-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

3. «Ekstradisiya haqqında» Avropa Konvensiyasının və onun Əlavə Protokollarının təsdiq edilməsi barədə 17 may 2002-ci il tarixli 323-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

4. «Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında» Avropa Konvensiyasının və ona əlavə protokolun təsdiq edilməsi barədə 1 mart 2003-cü il tarixli 421-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

5. «Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında» Avropa Konvensiyasına qoşulmaq barədə 17 mart 2000-ci il tarixli 836-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

6. «Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında» Konvensiyanın təsdiq edilməsi barədə 1 mart 2003-cü il tarixli 420-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

7. «Kibercinayətkarlıq haqqında» Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 2009-cu il tarixli 874-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu.

8. Avropa Şurasının «Terrorçuluğun qarşısının alınması haqqında» Konvensiyasının təsdiq edilməsi barədə 3 fevral 2014-cü il tarixli 891-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu.