Birləşmiş Millətlər Təşkilatı çərçivəsində terrorçuluğa qarşı mübarizə üzrə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr

1. «Hava  gəmilərinin  göyərtəsində  törədilən  cinayətlər və digər aktlar haqqında» 14 sentyabr 1963-cü il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 546-IIQ);

2. «Hava gəmilərinin  qanunsuz  ələ  keçirilməsinə  qarşı  mübarizə  haqqında»  16 dekabr 1970-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 744-IIQ);

3. «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında» 23 sentyabr 1971-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 740-IQ);

4. «Beynəlxalq müdafiədən istifadə edən şəxslərin, o cümlədən diplomatik agentlərin təhlükəsizliyi əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında» 14 dekabr 1973-cü il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.02.2001, 61-IIQ);

5. «Adamların girov götürülməsi ilə mübarizə haqqında» 17 dekabr 1979-cu il tarixli beynəlxalq Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.99, 743-IQ);        

6. «Nüvə materialının fiziki qorunması haqqında» 03 mart 1980-ci il tarixli Kon­vensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 547-IIQ);

7. «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» Konvensiyanı tamamlayan «Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq aktları ilə mübarizə haqqında» 24 fevral 1988-ci il tarixli Protokol, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 741-IQ);

8. «Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» 10 mart 1988-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 548-IIQ);

9. «Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında» 10 mart 1988-ci il tarixli Protokol, (Azərbaycan Respublikasının Qanunu, 09.12.2003, 549-IIQ);

10. «Plastik partlayıcı maddələrin aşkar edilməsi məqsədilə markalanması haqqında» 01 mart 1991-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 09.11.1999, 746-IQ);

11. «Bomba terrorçuluğu ilə mübarizə haqqında» 15 dekabr 1997-ci il tarixli Beynəlxalq Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.02.2001, 60-IIQ);

12. «Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında» 09 dekabr 1999-cu il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 01.10.2001, 174-IIQ) ;

13. «Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında» 13 aprel 2005-ci il tarixli Konvensiya, (Azərbaycan Respublikasının Qanunu, 02.12.2008, 725-IIIQ).