Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 20 dekabr tarixli 434-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 20.14-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
həyata keçirir;
1.2. həmin Qanunun 20.14-cü maddəsinin birinci cümləsində (hər üç
halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 20.14-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının sosial
müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə
həmin Xidmətin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində
təsdiq etsin;
2.2. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 20 dekabr tarixli 434-VIQD nömrəli Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
3. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 612; 2005, № 8, maddə
701; 2006, № 3, maddə 231; 2008, № 11, maddə 966; 2017, № 8, maddə 1528)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 20.14-cü maddəsinin ikinci cümləsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla həyata keçirir;”;
3.2. 2.4-cü bəndə “17.4-cü maddəsində” sözlərindən sonra “və
20.14-cü maddəsinin birinci cümləsində (hər üç halda)” sözləri əlavə edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 8 yanvar 2022-ci il